Qazaxıstanda keçirilən prezident seçkilərində qalib gələn Kasım-Jomart Tokayevin andiçmə mərasimi başlayıb.

Open.az TASS-a istinadən xəbər verir ki, Tokayev Müstəqillik sarayında and içib və rəsmən dövlət başçısı vəzifəsinə başlayıb.

"Qazaxıstan xalqına sədaqətlə xidmət etməyə, ölkənin konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, vətəndaşların hüquq və azadlıqlarına zəmanət verməyə, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsini vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm", - deyə Tokayev bildirib.

Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.

Gülnar Qafarlı