Suriyadan terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və top mərmisinin partlaması nəticəsində şəhid olan dinc sakinlərin sayı biri on aylıq körpə olmaqla 6 nəfərə çatıb.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışlar nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.

Hadisə zamanı çəkilmiş fotoları nəzərinizə çatdırırıq: