Türkiyənin Şanlıurfa şəhərinin Eyyübiye şəhərində təkəri partlayan mikroavtobus qəzaya səbəb olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək mikroavtobusu küçədə oynayan uşaqlara, daha sonra bir evin divarına çırpılıb.

Qəza nəticəsində 9 nəfər yaralanıb. Onlardan 5-i uşaq olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı