Tayvanda ekskursiya avtobusunun qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "ChinaNews" informasiya agentliyi məlumat yayıb.

Hadisə ötən axşam baş verib. Avtobusda ümumilikdə 16 nəfər olub.

Sürücü daxil omaqla 3 nəfər hadisə yerindəcə ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı