Tayvanda artıq 200 gündür bircə belə koronovirus yoluxması qeydə alınmayıb.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, belə nəticəni əldə etmək üçün adanın hakimiyyəti ciddi karantin rejimindən və yeni texnologiyadan yararlanıb.

Məlumatda bildirilir ki, 20-ya yaxın digər regionlardan gəlmiş insanda koronovirus aşkarlansa da, onların hər biri yerindəcə aşkarlanıb. Tayvanda sərt qaydalar pandemiyanın ilk günündən yeridilib: hamı maska taxmağa məcbur edilib, xəstələnənləri aşkarlamaq üçün isə yeni texnologiyadan istifadə edilib, sərhəd elə ilin əvvəlində qapadılıb.

Ləman Oruc