Tailandın Pattaya şəhərində hotellərin birində yanğın olub.

Open.az xəbər verir ki, hadisə ilə əlaqədar binadan 400 nəfərə yaxın şəxs təxliyə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, yanğın hotelin fasadına ciddi ziyan vurub.

Yanğınsöndürənlər yanğının qarşısını 30 dəqiqə ərzində alıb.