Şuşa meşələrində axtarış zamanı şok hadisə baş verib.

Open.az xəbər verir ki, sülhməramlıların iştirakı ilə erməni tərəfinin meyitlərinin toplanması zamanı bir nəfər erməni polis əməkdaşı sağ vəziyyətdə tapılıb.

Bu barədə xəbəri Sputnik Armenia saytı yayıb.

Saytın məlumatına görə, həmin polis əməkdaşı 6 gün meşədə yaralı vəziyyətdə gizlənib. O, hərbçilər tərəfindən sağ aşkarlanıb.

Bildirilib ki, digər tapılan şəxslərin hamısı ölü olub.

Qeyd edək ki, Şuşa döyüşlərində erməni tərəfi 800-dən çox itki verib.