Suriyanın Hələb və Deyrizor rayonlarında Bəşşar Əsədin rejimi altındakı nəzarətindəki bölgələrdə Rusiya və İran qüvvələri arasında qarşıdurma ba. verib.

Open.az "AA"ya istinadən xəbər verir ki, münaqişə zamanı 2 iranlı əsgər öldüyü, 4 rus əsgərinin yaralandığı iddia edilib.

İran və Rusiyadan hələ ki, hadisə barədə rəsmi açıqlama verilməyib.

Mənbələr Hələbin şərqində İran dəstəkli əcnəbi terrorçuların intensiv olduğu Hələb aeroportu yaxınlığında da dünən ruslarla İran dəstəkli qruplar arasında toqquşmaların baş verdiyini qeyd edib.

Gülnar Qafarlı