Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub.

Bu barədə Open.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində 2 türk əsgəri həlak olub, daha 2 əsgər yaralanıb.

Bildirilir ki, Suriyanın hökumət qüvvələrinə dərhal cavab atəşi açılıb. Nəticədə Suriyanın hökumət qüvvələrinin texnikası və canlı qüvvəsi məhv edilib. Cavab atəşi zamanı həmçinin qarşı tərəfin texnikası ələ keçirilib.