Sudanda son iki həftə yağan aramsız yağışlar nəticəsində 46 nəfər ölüb.

Open.az "AA"ya istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə nazirinin müavini Süleyman Abdulcabbarın sözlərinə görə, seldən bu günə qədər 9 min 260 evə zərər dəyib.

Qeyd edək ki, Sudanda həddindən artıq yağış avqustun əvvəlindən etibarən yağır. Ötən il eyni tarixlərdə daşqınlar nəticəsində 43 nəfər həyatını itirib.

Gülnar Qafarlı