Şri-Lankada Pasxa mərasimi zamanı kilsə və mehmanxanalara təşkil olunan bombalı terror hücumlarında ölənlərin sayı artıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, terror aktında ölənlərin sayı 310-a çatıb.

Həyatını itirənlər üçün yerli vaxtla 08:30-da 3 dəqiqə sükutla yad edilib.

Ölkədə elan edilən fövqəladə vəziyyət bu gün qüvvəyə minib. Digər tərəfdən, Şri-Lanka polisi Suriyalı bir şəxsi saxladığını və istintaqının davam etdiyini bildirib.

Qeyd edək ki, Şri-Lankada bazar günü silsilə partlayışlar törədilib. 8-ci partlayışdan sonra isə ölkədə küçəyə çıxmaq qadağan edilib.

Gülnar Qafarlı

Şri-Lankada ölənlərin sayı 310-a yüksəldi