Slovakiya Xarici İşlər naziri Miroslav Layçak vəzifəsindən getməkdən vaz keçib.

Open.az "TASS"a istinadən xəbər verir ki, Layçak istefa ərizəsini geri götürərək, vəzifəsində qalıb.

Qeyd edək ki, Slovakiya parlamentində keçirilən səsvermədə 150 millət vəkilinin 90-ı Pakta qoşulmağın əleyhinə, 15-i isə lehinə səs verib. Beləliklə parlamentdə Miqrasiya Paktına qoşulmamaq barədə qərar qəbul edilib. Nazirin istefa verməsinin səbəbi parlamentdə BMT-nin Qlobal Miqrasiya Paktına qoşulmamaq qərarının qəbul edilməsi olub.

Gülnar Qafarlı