Misirin şimal şərqində yerləşən Sina Yarımadasında terrorçularla baş verən qarşıdurmada 5 əsgər həyatını itirib, 4-ü yaralanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misir ordusu açıqlama yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 47 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Bölgədə aparılan axtarışlarda mina, əl istehsalı olan bomba, çox sayda silah və sursat ələ keçirilib.

Gülnar Qafarlı