Səudiyyə Ərəbistanında neft boru kəmərinə hücum təşkil edilib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Enerji və Sənaye naziri Xalid bin Əl-Falih məlumat verib.

O, pilotsuz aparatlar vasitəsilə neft kəmərinə hücum edildiyini bildirib.

Səudiyyə rəhbərliyi əsas boruya neft axınını kəsib.

Gülnar Qafarlı