Səudiyyə Ərəbistanının Ciddə şəhərində gecə klubunun açıldığı iddia edilib.

Open.az "CNN"ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə içki içilməsinin, 18 yaşdan kiçiklərin daxil olmasının və mobil telefonla çəkiliş aparılmasının qadağan oluduğu bir gecə klubunun görüntüləri yayılıb.

Sözügedən görüntülər reaksiyalara səbəb olub. Mövzu ilə əlaqədar olaraq Ciddənin Əyləncə Qurumu " Twitter" hesabında açıqlama yayıb.

Gecə klubu ilə əlaqədar olaraq lazımi hüquqi prosedurun başlanılacağı bildirilib.

Gülnar Qafarlı