Səudiyyə Ərəbistanında 120 min il əvvələ aid yüzlərlə ayaq izi qalıqları aşkar edilib.

Open.az "Demirören Haber Ajans"a istinadən xəbər verir ki, bəzi ayaq izlərinin bölgədəki insanlara aid ən qədim dəlil ola biləcəyi bildirilir.

Tədqiqatçıların Səudiyyə Ərəbistanının Nefud çölündə, qurudulmuş göl hövzəsində apardığı araşdırmalar zamanı 376 fosil iz aşkar edilib. Burada insan izlərindən başqa at, dəvə və fil izləri də müəyyən olunub.