Türkiyədə qətlə yetirilən jurnalist Qaşıqçı cinayətinə görə Ər-riyad rəhbərliyi açıqlama yayıb.

Open.az xarici mətbuata istinadən verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl Jubeyr "CBS"nin "Face the Nation" proqramında içıxış edib. O, mövzu ilə bağlı bəyanatlar verib.

"Qaşıqçının ölümü qorxunc bir faciədir. Bu bir səhvdir. Səudiyyə Ərəbistanı hökumətinin rəsmiləri tərəfindən işlənən bir cinayətdir".

Nazir faktla bağlı istintaqın davam etdiyini söyləyib: "Günahkarları tapıb onları cəzalandıracağıq. Vəliəhd Şahzadənin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Camal Qaşıqçının öldürülməsi ilə bağlı heç bir əmr verilmədi. Bütün ölkə bu cinayətə görə şokdadır".

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Gülnar Qafarlı