Şərqi Avropada koronavirusla bağlı vəziyyət mürəkkəbləşir.

Open.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.

COVID-19-un yayılmasının yeni dalğası Bolqarıstanda, Albaniyada və keçmiş Yuqoslaviya ölkələrində təzahür edib.

Bundan başqa, cəmi bir neçə həftə əvvəl virusdan azad elan edilən Monteneqroda koronavirusa yoluxma hallarının kəskin yüksəlməsi qeyd olunub.