Şərqi Afrika ölkələrini gələn yağış dövründə əvvəlkindən 20 dəfə böyük çəyirtkə istilası gözləyir.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

Məlumata görə, bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyirtkə 35 min nəfərin bir günlük qidasını məhv edə bilir. Təşkilat həşəratlar əleyhinə dərmanlama prosesinin davam etdiyini və indiyədək 10 ölkədə 240 min hektar ərazidə tədbirlər görüldüyünü açıqlayıb.

Xüsusilə Kenya, Efiopiya və Somali üçün həyəcan təbili çalınıb. Bundan başqa, Yəmən və İrana da təhlükə olduğu bildirilib.

Qeyd edək ki, çəyirtkələr hər gün 150 kilometr yol qət edə bilir.