Serbiyanın paytaxtı Belqradda parlament binası qarşısında etiraz aksiyası keçirilib.

Open.az xəbər verir ki, aksiya yeni seçilmiş parlamentin ilk iclası zamanı baş verib.

Qeyd olunur ki, bir qrup etirazçı deputatların avtomobillərinin qarşısını kəsməyə çalışıb. Bəzi deputatlara yumurta atılıb.

Polis etirazçılardan bir nəfəri saxlayıb. İnsidentdən sonra parlamentdə deputatların andiçmə mərasimi baş tutub.