İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Müslüm Şahdanın İraqın qərbində, Suriya ilə sərhəddə öldürülüb.
Open.az xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə bazar günü baş verib. Pilotsuz uçan aparat Şahdanın olduğu avtomobili hədəf alıb.
Avtomobil həmin vaxt "Əl-Kaim" komanda-buraxılış məntəqəsini keçibmiş. Bildirilir ki, Şahdanı müşayiət edən üç nəfər də onunla birlikdə həlak olub.
Livanın Al-Mayadeen telekanalı isə SEPAH komandirinin öldürülməsi xəbərini təkzib edib.