İspaniyanın Barselona şəhərində Adaia Lopez Esteve adlı qadın ondan ayrılmaq istəyən sevgilisini son dəfə öpmək istəyib.

Open.az "The Sun"a istinadən xəbər verir ki, qadın öpüşən vaxt sevgilisinin dilini dişləyərək qoparıb.

Daha sonra dili yerə ataraq, evdən qaçıb. Sevgilisinin köməyinə qonşuları yetişib. Xəstəxanaya yerləşdirilən şəxsin dili yerinə tikilib.

Qadın polis tərəfindən saxlanılıb. O, ifadəsində səssiz qalmaq hüququndan istifadə etmək istədiyini bildirib.

Lopez Esteve 8 il azadlıqdan məhrum edilib.

Gülnar Qafarlı

Səni öpmək istəyirəm

Səni öpmək istəyirəm