Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inaqurasiyasından sonra Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ondan vətəndaşlığının qaytarmağı haqqında xahiş edib.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Ruslan Çernautski "Facebook" hesabında yazıb.

O, bununla bağlı məktubu artıq Ukrayna Prezident Administrasiyasına çatdırıldığını bildirib: "Ukraynaya Mixail Saakaşvilinin qaytarılması üzrə yeni mərhələni və aktiv müdafiəni davam edirik. Yeni dövr, yeni prezident..."

Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Petro Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlığını 2017-ci ilin iyulunda ləğv edib.

Gülnar Qafarlı