Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili Kiyev hərbi komissarlığında qeydiyyatdan keçib.

Open.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat yayıb.

Saakaşvilinin sözlərinə görə, Ukraynanı müdafiə etməyə hazırdır və həmçinin əlavə edib ki, hərbi xidmətə yararlıdır.

Saakaşvili sağlamlığının yaxşı olduğunu da vurğulayıb.

Gülnar Qafarlı