Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri Türkiyəyə üç mərhələ şəklində təslim ediləcək.

Open.az xəbər verir ki, bu barədə "TASS" hərbi diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Qısa zamanda "S-400"ün ikinci mərhələsinin təhvili həyata keçiriləcək. 120-dən çox raketdən ibarət olacaq üçüncü hissə isə dəniz yolu ilə çatdırılacaq", - deyə xəbərdə bildirilib.

Rusiya Federal Hərbi Texniki Əməkdaşlığı Xidmətindən bildiriblər ki, "S-400" sisteminin Türkiyəyə təhvilinin başladığı təsdiqlənib.

Gülnar Qafarlı