Türkiyənin hərbi sənaye naziri İsmail Demir "S-400"lərlə bağlı bəyanat verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, zenit-raket kompleksinin fəaliyyətə başlayacağı tarixi açıqlayıb.

"Texniki mənada dekabr ayında sistem qurulmuş olacaq. Ancaq sistemin hazır olması, istifadəyə hazır olması anlamına gəlmir. Çünki bizim də çox həssas olduğumuz personalımızın təhsili, sistemin içində bəzi uçuşların inteqrasiya edilməsi kimi bir çox texniki məsələ var. Bunların da başa çatdırılması nəticəsində apreldə sistem istifadəyə veriləcək", - deyə nazir bildirib.

Gülnar Qafarlı