İrana Amerikanın ticarət sanksiyalarından yayınmağa yardımçı olan türkiyəli bankir Hakan Atilla təxliyyə edilib.

Open.az xəbər verir ki, bu barədə "Milleyet" məlumat yayıb.

Qeyd edək ki, öncəki prosesdə prokurorlar Atillanı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham edirdilər və 105 il həbsini istəyirdilər. Lakin sonradan məhkəmə Atillanın çirkli pulların yuyulmasına dair ittiham üzrə təqsirli olmadığı nəticəsinə gəldiyi üçün hakim Riçard Berman Hakan Atillanı 32 aylıq həbsə məhkum etmişdi.

Gülnar Qafarlı