Rusiyanın Ermənistandakı səfiri Serqey Kopırkin ölkənin ikinci prezidenti Robert Koçaryanla görüşüb.

Open.az xəbər verir ki, bu haqda informasiyanı "Sputnik Ermənistan"a Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan təsdiqləyib.

O, söhbətin detalları barədə məlumat verməyib. Soqomonyan qeyd edib ki, görüş keçmiş prezidentin ofisində olub.

Rusiya səfirliyi də görüş haqqında məlumat yaymayıb.

Xatırladaq ki, iyulun 28-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunub.

Mayın 18-də həbsdən azad edilib.

Gülnar Qafarlı