Rusiyada son bir gündə daha 27 543 nəfərə COVID-19 diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 215 533 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 496 nəfər artaraq 38 558-ə yüksəlib.