Rusiyada son sutka ərzində 5427 nəfərdə koronavirus aşkarlanıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 70 nəfər dünyasını dəyişib, 3649 nəfər isə xəstəxanadan evə buraxılıb. 1565 xəstədə isə xəstəlik kliniki əlamətlər olmadan aşkarlanıb.

Rusiyada ümumilikdə 850 870 nəfər Covid-19-a yoluxub, 14 128 nəfər dünyasını dəyişib, 650 173 pasiyent isə sağalıb.Rusiyada son sutkada 5 mindən çox insan koronavirusa yoluxdu