Rusiyada son sutka ərzində koronavirusa 6 509 yeni yoluxma halı qeydə alınıb.

Open.az xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 707 301 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 176 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 10 843 nəfərə yüksəlib.