Rusiyada son bir gündə daha 26 338 nəfərə COVID-19 diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 368 nəfər artaraq 39 895-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 778 704 nəfər sağalıb.