Rusiyada koronavirusa yoluxanların sayı 3,54 milyonu keçib.

Open.az xəbər verir ki, ölkədə son sutka ərzində 24 092 nəfər virusa yoluxub, 590 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 544 623 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 65 085 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 936 991 şəxs virusdan sağalıb, 542 547 nəfərin müalicəsi isə davam edir.