Rusiyada koronavirusa yoluxanların sayı 1,46 milyon nəfəri keçib.

Open.az xəbər verir ki, ölkədə son sutka ərzində 15 971 nəfər virusa yoluxub, 290 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 463 306 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 25 242 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 107 988 nəfər virusdan sağalıb, 330 076 nəfərin müalicəsi isə davam edir.