Rusiyada koronavirusa yoluxanların sayı 890 min nəfəri keçib.

Open.az xəbər verir ki, ölkədə son sutka ərzində 5 118 nəfər virusa yoluxub, 70 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 892 654 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 001 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 696 681 nəfər virusdan sağalıb, 180 972 nəfərin müalicəsi isə davam edir.