Rusiyada son bir gündə daha 8 294 nəfərə COVID-19 diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 4 606 162 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 374 nəfər artaraq 101 480-ə yüksəlib. COVID-19-dan sağalanların sayı isə 4 229 480 pasiyentə çatıb.