13:30

Rusiyanın paytaxtı Moskvanın Mıtişa rayonunda yerləşən “Severnaya” elektrik stansiyasında yanğın başlayıb.

Open.az xəbər verir ki, bu barədə "TASS" xəbər agentliyi məlumat yayıb.

Elektrik stansiyadakı yanğının sürətlə yayıldığı bildirilib. Yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

Hadisəyə şahid olan Rusiya vətəndaşları alovların 50 metr hündürlüyə çıxdığını bildirib.

***

Rusiyanın paytaxtı Moskvanın Mıtişa rayonunda yerləşən “Severnaya” istilik elektrik stansiyasında yanğın zamanı 1 nəfər həlak olub.

Open.az xəbər verir ki, bu haqda REN TV məlumat yayıb.

Onun meyitini yanğınsöndürənlər aşkar edib. Yaralıların sayı isə 12 nəfərə qədər artıb.

Gülnar Qafarlı