Rusiyada son bir gündə daha 92 nəfər koronavirusdan dünyasını dəyişib.

Open.az xəbər verir ki, bununla da ölənlərin sayı 3633-ə yüksəlib.

Son sutkada 8 946 nəfər koronavirusa yoluxub, ümumi say isə 353 427 nəfər təşkil edir.

Rusiyada indiyədək koronavirusa yoluxan 118 798 nəfər sağalıb.