Rusiyada son sutka ərzində daha 6611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Open.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Beləliklə Rusiyada COVID-19-a yoluxanların sayı 687 862 nəfərə çatıb.

Son sutka ərzində 135 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 296 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 454 329 nəfərdir.