Rusiyada son sutka ərzində daha 6 718 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Open.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Rusiyada COVID-19-a yoluxanların sayı 667 883 nəfərə çatıb.

Son sutka ərzində 176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 859 nəfərə çatıb.