Rusiyada keçən il bahalı avtomobillərin satışı 10,2% azalıb.

Open.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ümumilikdə, 2018-ci ildə ölkədə 1461, 2019-cu il 1312 avtomobil satılıb. Ən böyük zərbə Mercedes-Benz Maybach S-Class avtomobilinə dəyib, çünki 236 maşın az satılıb. Bazarda Rolls-Royce, Lamborghini, Bentley və Ferrari avtomobillərinin satışı artıb.

Məlumatda bildirilir ki, satışın azalmasına səbəb qiymətin müntəzəm artması, endirimlərin ləğv edilməsi və bazarın dəstəklənməsi üçün dövlət tədbirlərinin kifayət etməməsi olub.

Xatırladaq ki, 2019-cu ildə Rusiyada yeni orta sinif avtomobillərinə tələbat da 2.3% azalıb.

Nemət Əlisoy