17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

Open.az-ın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bununla bağlı məlumat paylaşılıb.

Məlumatda bildirilir: “Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”.