Rusiya işsizliyin qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün həftədə 4 gün iş sisteminə keçməyə hazırlaşır

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyada hakim Vahid Rusiya Partiyası tərəfindən dəstəklənən təklif, həftədə 5 gün əvəzinə 4 gün işləməyi nəzərdə tutur.

Vahid Rusiya Partiyasından olan deputat Andrey İsayevin sözlərinə görə, iş günlərinin sayının azaldılması sayəsində Rusiya vətəndaşları maaşlarını itirmədən ailələrinə və hobbilərinə daha çox vaxt sərf edə biləcəklər.

O, iş sisteminin həftədə 4 gün həyata keçirilməsinin tədricən aparılmalı olduğunu və bununla da işəgötürənlər, işçilərin yeni sistemə uyğunlaşa biləcəyini qeyd edib.

Bu sistem həm də ölkədə işsizliyi azaltmağı hədəfləyir.

Qeyd edək ki, həftədə 4 gün iş sistemi əvvəllər Rusiyanın baş naziri Dmitri Medvedev tərəfindən gündəmə gətirilib və təklif ölkənin ən böyük həmkarlar ittifaqı qrupu olan Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən dəstəklənib.

Gülnar Qafarlı