Rusiya Federasiyası hava məkanlarında "Boeing 737 MAX" tipli təyyarələrin uçuşunu qadağan edib.

Open.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd edək ki, Efiopiya Hava Yollarına aid "B737 Maks 8" tipli sərnişin təyyarəsi martın 10-da Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəza zamanı təyyarədəki 157 nəfər həyatını itirib.

Efiopiyadakı son qazədan sonra Türkiyə, Sinqapur, Çin, Efiopiya, İndoneziya, Avstraliya, Malayziya, Oman, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya, Avropa Birliyi, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Fidci, Hindistan, Honq Konq, Livan, Kosovo, Bəhreyn, Misir, Tailand və Ermənistan "Boeing 737 Max" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırıb və hava məkanlarını uçuşlar üçün bağlayıb.

Son olaraq ABŞ prezidenti Donald Tramp ikinci bir əmrə qədər "Boeing 737 Max 8" və "Max 9" tipli təyyarələrin yerə endirilməsinə qərar verdiklərini ifadə edərək, sözügedən qərarın ABŞ Aviasiya Administrasiyası (FAA) tərəfindən dərhal tətbiq olunacağını bildirib.

Gülnar Qafarlı