Ermənistan Apelyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsi barədə qərar qəbul edib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ayk Alumyayun jurnalistlərə açıqlamasında bildirib.

"Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişməyib və şikayətlərimizi rədd edib. Bu, Koçaryanın həbs ediləcəyi deməkdir", - deyə vəkil qeyd edib.

Onun nə vaxt həbs ediləcəyi sualına isə vəkil cavab verməyib.

Qeyd edək ki, Koçaryan 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır. Eyni zamanda, ona qarşı konstitusion quruluşun devirməsi ittihamı da irəli sürülərək 2 ay həbs cəzası verilib. Lakin o bir neçə gün sonra azadlığa buraxılıb. İşə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilib.

Gülnar Qafarlı