Fransanın Aisne bölgəsinin Çezi-sur-Marne qəsəbəsindəki Qocalar evində 92 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, cinayəti öldürülən qadının 102 yaşlı otaq yoldaşı törədib.

Qadının meyitini otağa təmizlik üçün daxil olan işçilər aşkar ediblər. Onlar qadının üzündə zərbə ləkələrinin olduğunu bildirib.

Hadisədən sonra qadının otaq yoldaşı saxlanılıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı