Qırğızıstanın Xarici İşlər naziri Erlan Abdıldayev istefa verib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir istefa ərizəsini təqdim edib və dövlət başçısı da istefanı qəbul edib.

Gülnar Qafarlı