Gələn il yanvarın 10-da Qazaxıstan parlamentinin aşağı palatasına seçkilər keçiriləcək.

Open.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Ölkə başçısı seçkilərin ilk dəfə partiya siyahıları ilə keçiriləcəyini bildirib.

Qazaxıstan rəhbəri MSK və Baş Prokurorluğa seçkilərin qanuniliyinə, şəffaflığına və ədalətinə riayət olunmasını tapşırıb.