Qazaxıstanda son bir gündə 209 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Open.az xəbər verir ki, son bir gündə ölkədə COVID -19-a yoluxma hallarında 2,5 faiz artım olub.

Bu günə qədər 8531 xəstədə koronavirus infeksiyası qeydə alınıb, 4506 xəstə sağalıb, 35 nəfər həyatını itirib.

Qeyd edək ki, ölkədə karantin qaydalarında yumşalma tətbiq edildikdən sonra ötən həftə ərzində Qazaxıstan üzrə 10 mindən çox məişət obyekti yoxlanılıb, 1000-ə yaxın müxtəlif obyektdə karantin sanitariya epidiemolji qaydların pozuntuları aşkar edilib. Bu cür müəssisələrin fəaliyyəti dayandırılıb və inzibati tədbirlər tətbiq edilib.