Qazaxıstanda ötən sutka ərzində 45 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Open.az xəbər verir ki, aşkarlanan yeni yoluxma halları Nur Sultan (6) və Almatı (3) şəhərlərində, Akmolinsk (2), Atırau (2), Şərqi-Qazaxıstan (18), Jambıl (1), Qərbi-Qazaxıstan (2), Karaqanda (4), Kostanay (2), Pavlodar (1), Şimali-Qazaxıstan (4), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 307 nəfərə çatıb.